Evində qəribə bir şeylər olduğunu hiss edən 25-26 yaşlarında bir qız bunun səbəbini öyrənmək üçün yataq otağına gizli kamera yerləşdirmək qərarına gəlib. Kameralarda əks olunan görüntülərdən də göründüyü kimi, otağın qapısı birdən açılır və eyni vaxtda qızın üzərindəki yorğanın aşağı doğru çəkilir. Birdən yuxudan ayılan qız qorxu dolu anlar yaşayıb. İşıqları yandırıb evin digər otaqlarını da nəzərdən keçirərək nə baş verdiyini anlamağa çalışıb. Bir neçə dəqiqə sonra yataq otağına qayıdan qız qorxduğu üçün polisə zəng edərək, kömək istəyib.
↧