Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

İnsan üzündəki barkod sistemi

$
0
0
Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur. Uca Allah’ın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da,tanışbirinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir? Beyindəki üz tanıma prosesi necə baş verir? Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən: Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır. Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır. Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, - deyərək bu kod sisteminə diqqət çəkmişdir. Məlum olduğu kimi, supermarket barkodları məlumat əldə etməyin ən effektiv yoludur. Düz, təkölçülü xətlər, saylar kimi 2 rəqəmli simvollardan daha asan tanınır. Elm adamları üzdəki barkod sisteminin “daha yaxşı üz tanıma proqramları” hazırlamaq baxımından çox vacib olduğunu bildirirlər. Üz tanıma proqramları nə qədər təkmil olsalar da, insanların çoxluq təşkil etdiyi yerlərdə üzləri tanımaqda çətinlik çəkirlər. Ancaq üzdəki bu barkod sisteminin təqlid edilməsi polislərin hava limanında cinayətkarları müəyyən etmək üçün istifadə etdiyi CCTV kameralarının təkmilləşdirilməsinə kömək edəcək.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ