Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Yaxın gələcəkdə Sekslə məşğul olmadan da uşaq sahibi ola bilərsiniz - SEKS-in son illəri

$
0
0
Alimlər, son vaxtların bəlkə də ən mühüm müzakirələrinə səbəb olan bir araşdırma üzərində çalışırlar. Bu müakirələr birbaşa olaraq sekslə məşğul olmadan çoxalma aktının mümkünlüyü ilə bağlıdır. Stanford Universitetindən Professor Henri Greely, yalnız 20 il sonra laborotoriya şəraitində xüsusi bir cihaz vasitəsilə övlad sahibi olmanın mümkün ola biləcəyini etiraf edib. Professor hazırda qadınları hamiləlikdən, hər iki cinsin nümayəndəsini isə seksdən məhrum edəcək bu cihazın hazırlanması ilə məşğuldur. Beləliklə, insan irqinin sonrakı nəsillərə təminatı, yəni çoxalmaq üçün "seks artıq bir zərurət olmayacaq. Məsələ ilə əlaqədar gördüyü işlərlə tanınan Greelye görə, yaxın zamanda inkişaf etmiş ölkələrdə insanlar çoxalmaq üçün sekslə məşğul olmayacaqlar. Professorun hətta ortaya atdığı daha da maraqlı bir tezis var. Belə ki, bu cihaz olduqdan sonra, çoxalmaq üçün seks etmək ayıb bir şey kimi qəbul ediləcək, uyğunsuz qarşılanacaq. Professor, bu məsələ haqqındakı işlərini və prosesləri "Seksin Sonu və İnsan Çoxalmasının Gələcəyi" adlı kitabında olduqca ətraflı açıqlayıb. Kitabda yer alan açıqlamalara görə, 20 il içərisində inkişaf edəcək texnologiya sayəsində, qadın dərisindən alınan kiçik bir parça ilə kişinin sperması çoxalmaq üçün yetərli olacaq. Qadın dərindən alınan parça, kök hüceyrə istehsalında istifadə ediləcək, bu hüceyrələrdən də yumurta hazırlanacaq. Bu üsulun inkişaf etməsi və həyatımıza daxil olması ilə yanaşı bir çox məsələdə çox böyük üstünlükləri olacaq. Bu üsulun inkişaf etməsi və həyatımıza daxil olması ilə yanaşı bir çox problemlər də öz həllini tapacaq. Məsələn, sperma və yumurta əldə ediləcək embrionlarda ciddi bir xəstəlik olub-olmaması da müəyyən ediləcək. Bundan başqa embrionlara təsir effektinə əsaslanaraq, cütlərin istədikləri xüsusiyyətlərə malik bir uşaq sahibi olmalarına imkan veriləcək. Digər bir maraqlı cəhət isə valideynlərin övladlarını saç, göz rəngini seçmələri ilə bağlıdır. Hətta bu cür formalaşan insanların saçlarının ağarmasının və hətta dişlərinin tökülməsinin də qarşısını almaq mümkün olacaq. Hətta professor öz kitabında bu cür insanların zəka səviyyəsinə də təsir göstərəcəyini etiraf edib. Professor İQ səviyyəsinə görə, həmin insanların da ağıllı olacaqlarını bildirib.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Artikl


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Xəmsə oyunu üçün suallar paketi


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Bacı - Qardaş Yazılı Şəkilləri (1)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma