Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Nadir rast gəlinən heyvan Lerik sakininə pənah apardı - FOTO

$
0
0
Hamarmeşə kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki saxlanc quyusunda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan olduğunu görüb. Məlumata görə, Lerik rayon sakininin həyətində yırtıcı heyvan peyda olub. Qadir Rzayaev əvvəl onun tülkü balası olduğunu zənn edib. Kənd sakinlərinə tutduğu heyvanı göstərəndə yaşlı insanlar bunun el arasında "ala boyun" adlandırılan heyvan olduğunu, ancaq çox nadir hallarda gözə göründüyünü bildiriblər. Q.Rzayev müəllim olduğundan məktəbdə də həmkarlarına bu barədə söyləyib. Bir qədər araşdırdıqdan sonra həyətdə aşkar olunan bu xəzdərili heyvanın latınca adının "Martes" olduğu müəyyənləşib. Yırtıcılar dəstəsinin dələkimilər fəsiləsinə aid edilir. "Martes" kiçik canlılarla, quşlarla qidalanır. Hətta sürətli qaçmaq və cəldlik bacarığı olduğundan dovşanı belə rahat ovlaya bilir. Onun quyruğu ilə birlikdə uzunluğu 70 sm-ə, çəkisi təxminən 1,5 kq-a qədərdir. Bu yırtıcı əsasən Avropa və Asiyada dağlıq, meşəlik ərazilərdə yaşayır. Bir neçə növü var. Hirkan Milli Parkının mütəxəssisi Hacağa Səfərov bu növ yırtıcıların bir neçə növünün olduğunu bildirib. "Tək halda yaşayan bu yırtıcıların öz arealları olur. Meşələrimizdə yaşasa da, insan yaşayış yerlərində təsadüf hallarda müşahidə olunur. Çox güman ki, son günlər yağan güclü leysan yağışları nəticəsində kəndin ərazisinə gəlməsinə səbəb olub. Və ya ev quşlarının ovuna çıxıb". Qadir Rzayev həyətində rastlaşdığı heyvanın xəstə olduğunu və bir qədər qulluq etdikdən sonra meşəyə buraxacağını bildirib.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ