Melissa, Dianna və Menni birlikdə yaşayırlar. Onlar "üçlü nikah"da bir neçə ildir ki, yaşayırlar. İndisə həmin nikahı qanuniləşdirmək istəyirlər. ABŞ-ın Florida ştatındakı Fort-Loderdeyl şəhərində yaşayan 28 yaşlı Menni Rivas və onun xanımı, 27 yaşlı Diana normal ailə idilər. Lakin indi bu ailədə 20 yaşlı Melissa Ceyms də var. Melissa ailə başçısı Menninin sevgilisi və ya məşuqəsi yox, arvadıdır. İkinci arvadı. Ailədə 7 yaşlı Vanessa və 4 yaşlı Qabriel böyüyür. Dianna və Menni çalışırlar, uşaqlara baxa bilmirlər. Bu səbəbdən də iki uşağı Melissa böyüdür. İki qadın və bir kişi yataq otağındakı nəhəng çarpayıda yanaşı yatırlar. "Ərim ailədə ikinci qadının olacağını ağlına da gətirmirdi. Menni bunu istəmirdi. Lakin iş, ailə qayğıları, uşaqlar - çox yorulurdum. Melissanı çoxdan tanıyırdım və onu ailəmizə bərabərhüquqlu mənsub kimi, Menninin ikinci arvadı kimi gətirmək istəyirdim. Çox çətin oldu, düz dörd il sərasər Mennini dilə tutandan sonra razı sala bildim. İndi Menni Melissanı çox sevir. Mən də Melissanı sevirəm və bəxtəvər yaşayırıq. Floridada çoxarvadlılıq yasaq olduğundan başqa ştatlardan birində nikahımızı rəsmiləşdirmək fikrindəyik", - Dianna Rivas deyib. Diannanın dediyinə görə, Vanessanı dünyaya gətirəndən sonra onda depressiya yaranıb. Qabriel doğulandan sonra isə depressiya daha da güclənib. Melissanın ailədə "peyda" olmasının səbəbi də Diannanın daim fikirli, kədərli olması ilə bağlı idi. Diannanın dediyinə görə, uşaqlar indi Melissanı ikinci ana sayır, onu çox sevirlər. Bəs iki qadın və bir kişinin münasibətlərində qısqanclıq olmurmu? Olur, özü də necə. Melissa deyir: "Təbii ki, iki qadının bir kişini bölüşdürülməsi çətin məsələdir. Qısqanclıqla bağlı problemlər olur. Lakin belə problemləri dərhal həll etməyə, anlaşılmazlığın böyüməməsinə çalışırıq. Qonşular, tanışlar bizi anlamağa çətinlik çəksələr də, normal yaşayırıq. Bir-birimizi sevirik, bu bizə yetər. Uşaqlarımızın gələcəkdə diskriminasiyaya məruz qalmayacağına ümid edirik. Kimin nə deməsindən asılı olmayaraq belə yaşamağa davam edəcəyik". Qonşular isə deyirlər ki, Dianna və Melissa lesbiyanlardır. Onlar sadəcə, münasibətlərini pərdələmək üçün Mennini dilə tutublar, ondan yararlanıblar. "Menni elə bilir ki, iki arvadlı ərdir. Zavallı, sadəlövh... Dianna illərin lesbiyanıdır və "sevgilisi" Melissaın evə gətirmək, onunla heç bir problem olmadan, çəkinmədən yaşamaq, eyni zamanda "ərli arvad" statusunu itirməmək üçün bu fırıldağa əl atıb", - qonşu Ebiqeyl Smit deyib.
↧