Bu gün sizlərlə liderlər haqqında bilməniz lazım olan 4 şey haqqında danışacam. Bunu oxuduqdan sonra içinizdəki lideri müəyyən edə bilərsiniz, əgər hələ də müəyyən etməmisinizsə. 1. Liderlər heç də ən ağıllı insanlar deyillər. Liderlik otaqdakı ən ağıllı insan olmaq deyil, otaqdakı ən ağıllı insanı tanımaqdır. Lider olmaq üçün dahi olmağınıza ehtiyac yoxdur, liderlər hər şeyi bilmirlər. Onlar hər şey haqqında bir az bilirlər. Onlar bütöv şəkli görə bilirlər. Liderlər nə soruşmalı olduqlarını bilirlər. 2. Liderlər ən çox təcrübəsi olanlar da deyil. Ən təcrübəli işçi olmaq Lider olmaq üçün önəmli tələb deyil. Liderlik insanlar haqqında böyük təcrübəyə malik olmaqla bağlıdır. Liderlər: insanları necə cəsarətləndirməli olduqlarını, onları daha yaxşı olmaq üçün ilhamlandırmağı bilirlər. 3. Liderlər həmişə uzaqgörəndirlər. Liderlər otaqdakı ən ağıllı insanlar deyillər, ən təcrübəli insanlar da deyillər, ancaq onlar gələcəkdə nə baş verəcəyini hiss edə bilirlər. 4. Və Onlar uyumlu şəkildə ortaya çıxırlar. Həyat yoldaşım zəng edərək: ” Deyəsən, nişan üzüyümü (23.000$) kinoteatrda unutmuşam. Ora getdim, ancaq tapa bilmədim.”, dedi. Mən bunu eşidəndə, pis olacaqdım, lakin olmadım. Mən sakitcə dedim: “Buna görə narahat olma, bu adi metal parçasıdır. Hər şey qaydasına düşəcək, sənə yenisini alacam.” Mən pis olmadım, çünki liderlər idarəni itirmək zövqünü yaşamırlar. Liderlər tutarlı şəkildə ortaya çıxırlar, əsasən də hər şey pis olmağa doğru gedərkən, əsasən də stressli vaxtlarda, hamı narahat olanda.
↧