Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Qara, yoxsa yaşıl çay?

$
0
0
Əslində, yaşıl çay da, qara çay da eyni bitkinin yarpaqlarından istehsal edilir. Elə isə yaşıl çayı fərqli edən nədir? Mir.Az bununla bağlı türk mütəxəssislərinin maraqlı fikirlərini təqdim edir. Dünyada sudan sonra ən çox istifadə edilən içki çaydır. Keçmiş zamanlarda Uzaq Şərq ölkələrində istifadə edilən içki olan çay zamanla Avropa, Amerika və digər ölkələrdə yayılıb. Çay bitkilərinin yarpaqlarından fabriklərdə istehsal edilərək, əldə edilən çayın keyfiyyəti bitkinin növünə və yetişdirilməsinə görə fərqli olur. Çay flavonoidlər baxımından zəngin olması səbəbindən ürək, qan-damar xəstəlikləri, yüksək təzyiq və müxtəlif xərçəng növləri başda olmaqla bir çox xəstəliklərə qarşı qoruyucu təsirə malikdir. Elmi araşdırmalar qara və yaşıl çayda olan bəzi maddələrin xəstəliklərə qarşı qorumada eyni təsir göstərdiklərini sübut edib. Çayın suya keçə bilən alkaloid, kafein, piqment dənələri və ətirli əsaslarından yararlanırlar. Çay isti suda dəmlənən zaman sadalananlar suya keçir. Dəmlənmə müddətinə görə suya keçmə nisbəti fərqli olur, rəngi tündləşir və dadı acılaşır. Yaşıl çay yarpaqların fermentasiyadan keçirilməsindən əldə edilir və qurudularaq istehsalata verilir. Yaşıl çay qara çaya nisbətən daha az əməliyyatdan keçdiyi üçün antioksidan baxımından bir az daha zəngindir. Qara çayda isə yarpaqlar yığıldıqdan sonra ferment edilir, daha sonra qaraldılaraq dadı kəskinləşdirilir. Fermentasiya əməliyyatı zamanı sağlamlıq üçün yararlı olan flavonoidlər bir az azala bilər, lakin bu əməliyyat qara çayı daha keyfiyyətli bir içki halına gətirir. Məşqdən əvvəl içilən çayın faydası. Araşdırmalar sübut edib ki, məşqdən əvvəl içilən bir fincan qara və ya yaşıl çay təxminən 30 dəqiqə müddətində qandakı flavonoid antioksidan səviyyəsini artırır və bu vəziyyət hüceyrələri sərbəst radikallardan qoruyur. Yeməkdən dərhal sonra çay içmək arzuedilən hal deyil. Çayda olan kafein dəmir mineralının qarşısını kəsərək dəmir çatışmazlığı, yəni qansızlığa səbəb olur. Buna görə xüsusən də qansızlıqdan şikayət edənlər yeməkdən 30-45 dəqiqə əvvəl və ya sonra çay içməlidirlər. Digər tərəfdən isə, C vitamini dəmir mineralı əmilməsinə müsbət təsir edir. Bu səbəbdən səhər yeməyi zamanı və ya yeməkdən sonra çay içmək istəyirsinizsə, açıq və limonlu olmasına fikir vermək lazımdır. Ümumiyyətlə, yaşıl çayla qara çayın arasında fərqi o qədər də böyütmək lazım deyil. Ona görə də çayın rənginə elə də fikir verməyin. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Xəmsə oyunu üçün suallar paketi


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Qələm Yazılı Şəkilləri (38)


Toy gecəsi (zifaf gecəsi) zorlama ?!


Seks haqqında bilinməyən həqiqətlər


Qarışıq Yazılı Şəkillər (2)


Alov haqqında 3 maraqlı fakt


Qızlar üçün Dəbli Saç Modelləri (2)


Nootroplar nədir?


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Mənə naz et | Əliağa Vahid


Maraqlı Yazılı Şəkillər (11)


Eşq yoxsa Ehtiras? (+18)


Artikl


Həftədə azı 2 dəfə sekslə məşğul olun - 26 FAYDASI


ID Photos Pro Yukle


Bürclər Haqqında Maraqlı Məlumatlar (412) - Foto


Göy üzündə neçə ulduz var?


Bərəkallah ustadına