Bir neçə gün əvvəl Moskvada Moda Həftəsində iştirak edən İrina Şeyk artıq Los-Ancelesdədir. WSEMIR.COM-un məlumatına görə, model aktyor sevgilisi Bredli Kuperlə birgə görüntülənib. Gündəlik geyimdə olan cütlük rahat davranışları ilə paparassilərin onları görüntüləməsinə əhəmiyyət vermədiklərini nümayiş etdiriblər.
↧