ABŞ-da yaşayan 317 kq olan bir qadın arıqlamağa yox, kökəlməyə çalışır. WSEMIR.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, piylənmə xəstəliyi olan Monika Riley hazırda 317 kiloqramdır. Qadın 450 kq olaraq dünyanın ən kök qadını olmağı hədəfləyib. Arzusu yatağa bağlı hala gəlib, sevgilisi Sidin baxımına möhtac olana qədər yağlı və şəkərli qidalarla daha çox kökəlməkdir. Məsələnin digər maraqlı tərəfi isə sevgilisi Sidin Monikaya dəstək verməsi, hətta onu əlləriylə bəsləməsidir. Sevgilisinin sağlamlığını qorumaq üçün çalışan bir çox insanın əksinə 25 yaşındakı Sid Monika üçün yeməklər hazırlayır, qıfdan istifadə edərək xüsusi hazırladığı kökəldici qidalar verir. Monika sevgilisiylə aktiv bir cinsi həyatları olduğunu və çəkisinin buna mane olmadığını deyir.
↧