Quantcast
Viewing all articles
Browse latest Browse all 2950

“Azərbaycanı niyə satdın?” sualına Atatürkün yayımlanmayan CAVABI

Atatürkün XXI əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasına yardım etmədiyinə dair iddialar zaman-zaman gündəmə gəlib. Atatürkə qarşı bir çox ittihamlardan bəhs edən “Sözcü” qəzetinin məqaləsində “Azərbaycanı niyə ruslara satdın?” sualının da cavabı yer alıb. Qəzet ittihamlar əsasında hazırladığı suallara tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları təqdim edib. Tarixçi S. Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan şəxslərdən biridir. Onun Azərbaycanla bağlı cavabları indiyə qədər heç yerdə yayımlanmayıb. “Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün cavabı: “Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu 1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf Kemal bəyə “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq əlinizdən gələni edin” əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. “Qardaş Azərbaycan” Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi. Biz də 1928-ci ildə latın əlifbasına keçərək, mədəni əlaqələrin zəifləməsinin qarşısını aldıq. Qısası mən Azərbaycanın azadlığı üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum millətlər üçün də apardım”.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş