Kanzler adındakı bir meymunun etdikləri heyvanların inkişafı və təkamülü mövzusunda bir çox sual; yenidən gündəmə gətirəcək səviyyədədir. Meymunlar bacardıqları bir çox şey ilə insana bənzəyir. Ancaq bu meymun digərlərinə görə çox bacarıqlıdır. İnsanların ən çox müzakirə etdiyi mövzulardan biri də təkamül hadisənin həqiqətən mövcud olub olmaması məsələsidir. Bu barədə hələ ciddi fikir ayrılıqları yaşanması ilə birlikdə elm insanları heyvanların daş dövrünə girdiyini deyir. Bəs bu nə deməkdir? Heyvanlar, içində olduqları təkamül prosesində yavaş-yavaş irəliləyirlər. Daş dövrü də onların hansı mərhələdə olduğunu bildirən bir ifadədir. Bu barədə hələ də mübahisələr davam etməkdədi. Amma Kanzi adlı bir meymun, elm adamlarının müdafiə etdiyi şeyləri xeyli gücləndirir. Bonobo növünün üzvü Şimpanzelərin qohumu olaraq adlandırılan bonobo növünün üzvü olan Kanzi, bu an elm adamlarının diqqətini üzərinə çəkib. Çünki Kanzinin bacardıqları, heyvanların inkişafı və təkamülü mövzusunda bir çox sual işarəsini aradan qaldırır. Ocaq qalayıb yemək bişirə bilir Elm adamları, Kanziyə kiçikliyində bir çox film izlədiblər. Bu filmlərdən yola çıxaraq Kanzi ocaq qalamağı, bu oda nəzarət etməyi, istifadə etməyi və söndürməyi öyrənib. Bunları öyrənən və yaddaşına yazan Kanzi, təbiətdə tək başına qaldıqda isə bildiklərinə istifadə edərək ocaqla öz yeməyini bişirməyə nail olub. 3 minə yaxın sözü anlayır 3 minə yaxın İngilis sözü anlayan və simvollar köməyi ilə ünsiyyət quran Kanzi, heyvanların şüuru və öyrənmə prosesləri haqqında elm adamlarına bir çox fikir verir. İndidən edə bildikləri gələcəkdə heyvanların nə səviyyələrə çıxa biləcəyi mövzusunda bizləri işıqlandıran Kanzinin nəvələri, bəlkə də günün birində bu mübahisəni də sona çatdırar; "İnsanlar meymundan gəlibsə, indiki meymunlar niyə insan olmur?".
↧