Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Həkimlər Lənkəranskini səhv salıbmış

$
0
0
İstanbulda qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin xəstəxanadakı son anları haqda ilginc məlumatlar meydana çıxıb Babək Həsənzadə adlı şəxs Feysbukda yaşadıqlarını yazıb. Onun sözlərinə görə, xəbəri eşidən kimi xəstəxanaya gedib. Babək xəstəxana rəhbərliyinə Rövşənin qohumu olduğunu söyləyib: "Mənə bildirdilər ki, öncə polis əməkdaşlarıyla görüşməli olacam. Rövşənin vəziyyəti haqda nə həkimə, nə polisə xəbər verilirdi. Xəstəxanaya olunan saysız-hesabsız zənglərə görə telefonlar 2-3 saatlığına bloklanmışdı. Xarici görünüşüm bir az müasir tərzli olduğu üçün mənim qohumu olduğuna inandılar. Çətin bir prosesdən sonra həkim dedi ki, ciddi bir həyati risk yoxdur. Sevincimi ifadə edə bilmirəm, tez xəbər saldım ki, ölməyib. Sonra dedilər ki, yanına girə bilərsiz. İçəri girəndə gördüm ki, həkimlər tanımadıqları üçün qarışdırıblar Rövşənlə yanında olan yaxınını səhv salıblar. Ondan necə olduğunu soruşduqda halsız səslə "Kak brat?" (Qardaş necədir?) deyə məndən soruşdu. Soyuqqanlılığımı itirməməyə çalışdım və tez cavab verdim ki, narahat olma, o da yaxşıdır, amma başqa xəstəxanadadır”. B.Həsənzadə ordan çıxıb həkimlərə içəridə yatanın Rövşən olmadığını, yanlış məlumat verildiyini deyib: "Orda çalışan bir azərbaycanlı həkim bizə dedi ki, Rövşəni başqa xəstəxanaya köçürüblər və yüksək ehtimalla artıq keçinib. O an dizlərimin bağı çözüldü. Ordakı azərbaycanlı həkimin köməkliyi ilə bir neçə insanla əlaqə qurduq və nəhayət məlumat ala bildik ki, artıq cəsəd ekspertizadadır. Birbaşa hamımız Yenibosnadakı Tibb Mərkəzinə yollandıq. Vəziyyət artıq daha da aydın idi. Bir-iki saat sonra cənazəylə bərabər ordan ayrılıb Zeynəbiyyə məscidinə getdik. Orada yuyulma və kəfənlənmə proseduru həyata keçiriləndən sonra cənazə namazı qılındı və doğma vətəninə yola saldıq igidimizi”

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Gördün nə bəla çəkdi başım eşqin ucundan?


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Maraqlı Yazılı Şəkillər (11)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Dünyanın en ilginç seks rekorları... Fotolar


Artikl


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Ana Yazılı Şəkilləri (1)


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Xəmsə oyunu üçün suallar paketi


Tarixdən dərs nümunələri


Ayranlı aş