Moskvada Dmitrov şossesi ilə Leninqrad şossesinə tərəf avtomobilində hərəkət edən vətəndaşlardan biri xüsusi siqnal sirenasını işə salan, damında sayrışan mavi işıq olan avtomobillərdən ibarət karvanı irəli buraxmayıb. Arxadan aramsız siqnal verən "məmur maşını"nı görən vətəndaş smartfonunun kamerasını işə salaraq baş verənləri çəkib və danışıb: "Axı hara tələsirsən?! Sən ki rahat, asta gedirdin. Qəflətən tıxaca düşdün və tələsməyə başladın. Hara tələsirsən?! Nədir, saunada fahişələr gözləyir səni?! Yaxud pivə ilə kabab soyuyur?! Haydı, qanadlan, keç məni! Sayrışan işığın var, amma qanadların yoxdur?!" Audi-6 markalı lüks, qara rəngli avtomobil aramsız siqnal versə də, vətəndaş ona yol verməyib. Audi-6-nın arxasınca gələn BMW 7 də məmur maşını idi. O da tərs vətəndaşı keçə bilməyib. Sonucda sürücü maşınını kənara çəkib və EKX ilə AMR seriya nişanlı VİP maşınlar onu keçiblər. Bu zaman o, məmur maşınlarının sürücülərinə əli ilə biədəb jest göstərib
↧