Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Sevinc, kədər, qəzəb, nifrət…Duyğuların sağlığımıza təsiri

$
0
0
Qəzəb, üzüntü, qorxu, sevinc... Duyğuların orqanlar üzərində mənfi təsirlərinin olduğunu bilirsizmi? Qəzəb: “ Mənfi duyğular çox vaxt stress hormonlarını artıraraq orqanlara təsir edir və funksiyasının zəifləməsinə səbəb olur. Xroniki xəstəliklərin təməlində qəzəb, üzüntü kimi mənfi duyğular dayanır. Çox siqaret , spirtli içki istifadəsi qaraciyəri bərbad hala saldığı kimi çox əsəb və üzüntü yaşamaq da qaraciyəri o dərəcədə korlayır. Çox əsəbiləşəndə ürək bulanma, tutulmalar, baş ağrıları ortaya çıxa bilər. Sıxıntı: Sıxıntı və kədər kimi mənfi duyğular ağciyərdə fəsad yaradır. Yaşanan üzüntünün uzun müddət davam etməsi ağciyərə təsir edərək sinədə təzyiq, ağırlıq hiss edilməsinə yol açır. Hətta depressiyaya qədər apara bilər. Buna görə depressiyaya girən insanlara uzun müddət açıq havada gəzmək, bir neçə dəfə dərin nəfəs alıb-vermək məsləhət görülür. Bu həm psixologiyanızı həm də ağciyərlərinizi rahatladacaq. Çox sıxıntı eyni zamanda immunitet sisteminə mənfi yöndə təsir edir. Qorxular: Orqanlara mənfi yöndə təsir edən duyğulardan biri də qorxudur. Çox qorxu keçirmək böyrəklərdə büzüşmə yaradaraq funksiyasına təsir edir. İnsan orqanlarındakı zəifləmə nəticəsində dada çox qorxu hiss edə bilər. Bir şeyi dərd etmək, elə hey düşünmək isə mədə-bağırsaq sisteminə təsir edir. Dalğınlıq, çox düşünmək, zehni iş, narahatlıq, qayğı kimi duyğular birbaşa dalağa təsir edir. Həyəcan, nifrət, qəlb qırılması: Gözəl duyğular orqanların funksiyasına müsbət yöndə təsir edirsə, mənfi duyğular isə pis yöndə təsir edir. Çox həyəcanlanmaq, nifrət, incimək kimi duyğular ürək ritmi üzərində təsirə malikdir. Qayğı və stress zamanı ürək ritmi artır, bədəndə daha çox qan yığılmaya başlayır. Sevincli olmaq isə insana son dərəcədə faydalıdır. Ancaq bu duyğunun çox olması şərtində belə ürəyə ziyandır. Bunun da səbəbi yenə qanda stress hormonlarının artmasıdır. Mənfi duyğulardan qurtulun! Sağam qidalanaraq, idman edərək, özünüzə yaxşı baxaraq, müsbət duyğular daşıyaraq sağlığınızı qorumalısız. Mümkün olduğunca stressdən, qorxu, narahatlıq və s. kimi mənfi duyğulardan uzaq durun. Bir problemi elə hey ürəyinizə salıb düşünmədən xəstəlik və problemləri özünüzdən uzaq tuta bilərsiz. Hiss edilən duyğuların çoxluğundan orqanların mənfi təsir gördüyünü unutmayın. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ