Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Ağcaqanadlar ən çox kimləri dişləyir?

$
0
0
Ağcaqanadların xüsusilə aktiv olduğu yay aylarında çox insan səhərlər bədənində onlarla ağcaqanad dişləyi ilə oyanır. Ağcaqanadlar evdə başqalarının da olmasına baxmayaraq bəzən sadəcə bir insanı dişləyir. Bəs bunun səbəbi nədir? Ağcaqanadlar yumurtlamaq üçün qana ehtiyac duyur. Erkək ağcaqanadlar yumurtlamadığı üçün dişləmir. Dişi ağcaqanadlar isə yumurtlayıcı növ olduğu üçün hamını narahat edir. Bir neçə dəfə baş verən yumurtlamalar arasındakı zamanda qidalanmaq üçün qana ehtiyac duyurlar. Ağcaqanadların əsas enerji mənbəyi isə şəkərdir. Bütün ağcaqanadlar meyvə nektarı, suları və bitki mayeləri ilə qidalanır. Şəkər enerji istehsal etmək üçün istifadə olunur, qan isə yumurtalar üçün saxlanılır. Elm adamları ağcaqanadların hansı səbəbdən bəzilərini daha çox "sevdiyi" haqqında araşdırmalar aparır. Bəzi insanlar ağcaqanadların daimi hədəfinə çevrildiyi halda bəzilərinin yanından heç bircə ağcaqanad da keçmir. Çünki ağcaqanadlar sadəcə ehtiyaclarını qarşılaya biləcəkləri qaynağa doğru uçurlar. Yollarını necə tapırlar? Dişi ağcaqanadlar nəfəs verilərkən havaya qarışan karbondioksidi izləyərək istiqamətlərini tapırlar. Özünə yuva axtaran bir ağcaqanad bu qazın ardınca gedərək hədəfə çatır. Üzərimizə qonduqda isə hərəkətə keçməsini təmin edən və ya qarşısını alan faktorlar işə düşür. Ən çox kimi dişləyirlər? Fol turşusu ağcaqanadlar üçün əhəmiyyət kəsb edən kimyəvi maddələrdən biridir. Saç spreyi, ətir, dezodorant və sabun kimi qoxular bu kimyəvi maddələrin izlərini silə bilər. Ancaq qıcıqlandırıcı və ya əngəlləyici olaraq da təsir edə bilən bu qoxuların ağır olanları əsasən ağcaqanadları cəlb edir. Yəni ağcaqanadların sizi dişləyib-dişləməməsini bədəniniz təyin edir. Əgər cəzbedici bir qoxunuz varsa, hədəf olmaqdan qaça bilməzsiniz. Bədənimizdə qoxunu təyin edən genlər vardır. Bu genlərə sahibsinizsə, ağcaqanadların hədəfi halına gələ bilərsiniz. Bunun öhdəsindən gəlmək üçün bədəninizə çəkə biləcəyiniz ağcaqanada qarşı kremlər və ya spreylərdən istifadə edə bilərsiniz. Bu məhsullar ağcaqanada xoş gəlməyən qoxuya malikdir.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ