Ötən gün qətlə yetirilən avtoritet Rövşən Lənkəranski üçün cənazə namazı qılınıb. Mərhumun cənazə namazı Lənkəran şəhərində, ata yurdunda keçirilir. Onun dəfn mərasiminə çoxlu sayda insan qatılıb. Lənkəranskinin qardaşı mərasimdə iştirak edənlərdən xahiş edib ki, cənazə aparılarkən yolda şüarlar səsləndirilməsin. Yalnız quran ayələrinin oxunmasını istəyib.
↧