Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Moruğun faydaları - VİDEO - FOTO

$
0
0
Göygölün bu kəndləri moruğu ilə məşhurdur. Göygöl rayonunun Gəncəçay sahili boyu yerləşən Zurnabad, Topalhəsənli və Şəhriyar kəndləri ta qədimdən moruq yetişdirilən yerlər kimi tanınıb. Öz həyətində 4 sotluq sahədə moruq becərən 45 yaşlı Fəridə Əliyeva düz 22 ildir ki, bu məhsulun əkini, biçini və satışı ilə məşğuldur. Zəhmətkeş qadın bu işlə həm də ailəsinin dolanışığını təmin edir. Müsahibimiz deyir ki, moruq bütün becərilmə dövründə daimi qulluq tələb edir. Yerli sakinlərin sözlərinə görə, bu yerlərdə moruqbecərmə ənənəsi bir əsrə yaxındır ki, yaşayır. Yığılan məhsul əsasən Gəncə, qismən də Bakı bazarlarında, sakinlərin bəziləri isə elə həyətlərinin qarşısında satışa çıxarırlar. Moruq gülçiçəyikimilər fəsiləsinə aid bitkidir. 250-dən çox növü var. Azərbaycanın bütün zonalarında həm yabanı, həm də mədəni şəkildə yayılan bitkinin 15 növü mövcuddur. Meyvəsinin tərkibi bir sıra müalicəvi əhəmiyyətli maddələrlə zəngindir. Zaur Həsənov - Kənd təsərrüfatı elmləri doktoru: "Tərkibində faydalı maddələr var. Yarpaqlarından, köklərindən, çiçəklərindən müalicə məqsədilə istifadə olunur. Yarpaqlarından mədə-bağırsaq xəstəliklərində, qanaxma və ishal zamanı istifadə olunur". Müsahibimiz sözlərinə görə, moruğun insan orqanizimi üçün xeyrili tərəfləri olduğu kimi ziyanlı tərəfləri də var. Onu da deyək ki, moruq ildə iki dəfə yığılır. Birinci yığım iyun-iyul aylarında, ikinci isə, yəni payızlıq məhsul sentyabr-oktyabr aylarında reallaşdırılır.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ