Britaniyada 18 yaşlı qız sevgilisilə öpüşüb və ölüb. BiG.AZ xəbər verir ki, Cemma Bendamin adlı qız 3 ay görüşdüyü 21 yaşlı Daniel Ross ilə öpüşən zaman o qədər həyəcanlanıb ki, ürəyi tab gətirməyib. Öpüşən zaman özünü pis hiss edən qız qəflətən yıxılıb və onun ağzından köpük gəlməyə başlayıb. Həkimlər gələnədək qız dünyasını dəyişib. Mərhumun səhhətində heç bir problemin olmadığı dəqiqdir. Oğlan polisə ifadəsində qızla həftə ərzində bir neçə dəfə görüşdüklərini, lakin aralarında intim münasibətin olmadığını bildirib. O, elə ilk öpüşdəcə Cemmanın öldüyünü deyib.
↧