Fransanın Korsika adasının şimalındakı Bastiya adasında vəziyyət gərginləşib. Şəhərdə kütləvi etiraz aksiyaları səngimək bilmir. Səbəb isə srağagün Sisko kəndindəki davadır. WSEMIR.COM bildirir ki, davanın səbəbi çimərlikdə "burkini"də, yəni "hicablı bikini"də olan müsəlman qadınların fotosunu bir turistin çəkməyə çalışması olub. Mühafizəkar islamçıların fikrincə, müsəlman qadın çimərlikdə məhz burkinidə, yəni qadının başını və bədənini tam örtən çimərlik geyimində olmalıdır. Fotoqrafın cəhdlərini görəndə yerli mühacir müsəlmanlar ona mane olmağa çalışıblar, dava başlanıb. Fransanın DİN başçsı Bernar Kaznev əvvəl davada müsəlmanların olduğunu deməyib: "Yerli sakinlərlə başqa yerdən gəlmiş onlarla insan arasında dava olub". Bastiya xəstəxanasına 4 yaralı aparılıb, 15 avtomobil yandırılıb. Hadisə yerinə yüzlərlə polis və jandarm göndərilib. Davada ağır yaralananlar var. Toqquşmada soyuq silahdan da istifadə olunduğu bildirilir. Tele+ bildirir ki, fotoqrafın burkinidə olan müsəlman qadınların fotolarını çəkməyə çalışdığını görəndə yerli müsəlmanlar, daha doğrusu, əslən Şimali Afrikadan olan mühacirlər olaya müdaxilə ediblər. Fotonu çəkən Çexiyadan Korsikaya mühacirət edən ailənin mənsubu, 16 yaşlı oğlandı. Afrikalı müsəlmanlar ona hücum ediblər. Bıçaqlar, baltalar və qarpunlarla silahlanmış müsəlmanlar yerli sakinlərə hücum edib, iki nəfəri yaralayıblar. Az sonra davaya çex yeniyetmənin ailə üzvləri və qohumları qatılıblar. Afrikalı müsəlmanların avtomobilləri yandırılıb. Maşınları yandırılanlar arasında çimərliyə gəlmiş 3 müsəlman ailə də vardı. Toqquşma saatlarla davam edib. Hamilə qadının da yaralandığı deyilir. Olay barədə xəbər Bastiya şəhərinə çatanda mərkəzi meydana 500 nəfər yığışıb. Yerli sakinlər ümumi qaydalara riayət etməyən müsəlmanların çimərliklərə buraxılmamasını tələb ediblər. Ötən həftə Kannda ictimai yerlərdə, o cümlədən çimərliklərdə qadınların niqabda, çarşabda peyda olmasını yasaqlayan qanun qəbul olunub. Son illərdə Korsika yerli sakinlərlə müsəlman miqrantlar arasında sürəkli toqquşmalar məkanına çevrilib.
↧