Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Darıxmayın! Yoxsa darıxanı....

$
0
0
Darıxmaq nədir,darıxmaq hissinin psixoanalizi İnsan darixmamaq üçün sohbət edir,darixmamaq üçün oyun oynayır,darıxmamaq üçün kinoya baxır,darixmamaq üçün mahnıya qulaq asır,darıxmamaq üçün feysbuka girir,darixmamaq üçün narkotik qəbul edir,darixmamaq üçün xəyanet edir ve s.bəs nədir bu darıxmamaq hissi ve ya bu ehtiyac hansı ehtiyacdır?Maslovun nəzəriyyəsinə görə insanın bioloji ehtiyacından sonra gələn əsas ehtiyac özünü təsdiqdir.Əslində siz fikir versəniz nəyə görə biz söhbət etməyə ehtiyac duyuruq çünki özümüzü təsdiq etmək isteyirik və bizi dinləyən ,təsdiq edən olmasa həmin insanla sohbət etmərik,nəyə görə oyun oynayırıq?oyunda qalib gelməsək özümüzü təsdiq edə bilməsək narahat oluruq amma özümüzü təsdiq etsək arzumuza çatırıq,nəyə görə kinoya baxırıq ,kinoda bizim bir qehramanımız olur ve o qələbə çaldığı zaman bizdə qələbə çalmış oluruq və o saatda doyuruq yəni eqomuz özünü bucür təsdiq edir,musiqilərdə,mahnılardada eyni şəkildə insanlar ruh halına görə mahnıya qulaq asırlar.məsələn qəmli insanlara qəmli mahnılar xoş gəlir çünki qəmli mahnıda özünü tapır,şən mahnıya isə şən əhval ruhiyyədə insanlar qulaq asır çünki özünü mahnıda təsdiq edir.Bes nə üçün insan feysbuka girir, çünki orda həm söhbət edə bilir,həm mahnıya qulaq asa bilir həmdə dostlarının sayını artırıaraq özünü təsdiq edə bilir,insanin digər vərdişləridə zaman-zaman özünü təsdiq etmək üçündür. Bəs nədir bu özünü təsdiq ehtiyacı?bu insanin eqosuyla bağlıdır,insanın eqosu daim bəyənilməyə və təsdiqə ehtiyac duyur.məsələn siz hansısa heyvanın darıxdığını gördünüzmü?hansısa inək parka darıxdığı üçün çıxdığını gördünüzmü və ya Aslan?xeyir onlar ya ot yeməyə yada ət yeməyə çıxırlar.amma insan belə deyil insan sadəcə yeməklə kifayetlənmir o daha çox özünü təsdiq etmək isteyir.Məsələn insan kariyera qurmaq istəyir.siz kariyera quran heyvan gördünüzmü?hansısa heyvan universtet oxusun ve yaxut başqa bir kitab oxusunki özümü inkişaf etdirim,tanınmış şəxs olum.onlarda belə bir ehtiyac yoxdur çünki onlarda bizim kimi eqo yoxdur.Heyvanlar gələcək zamanda yaşamırlar,onlar bizim kimi gələcəyini düşünərək ömürlərini keçirmirlər.Onların arasında bir- birindən statusca fərqlənməkdə yoxdur,məsələn hansısa heyvan müğənni və yaxut heyvan aktyor olmur.Onlar bizim kimi adlarda daşımırlar və kiminsə onlara qoyduğu adları doğrultağa ömürlərini həsr etmirlər.Bir sözlə əziz dostlar darıxmaq insana məxsus bir xüsusiyyətdir ve altında özünü təsdiq etmək arayışı yatır.Bütün bunlar isə insanın eqosuyla bağlıdır.Insanın eqosu hər daim narahatdır çünki insanın eqosu natamamlıq kompleksiylə doğur.Insan doğan kimi ona oyuncaqlar verilir və kiməsə oxşamağa məcbursan deyilir,kiminsə rolunu oynamalısan ve özünü tədiq etmelisən,Amma heyvanların bizim kimi oyuncaqları olmur onlar sadəcə real və təbii yaşayır və təbii şəkildədə ölürlər.Insanlar isə oyuncaqlarsız darıxır çünki oyuncaqlarsız və oyunsuz özünü təsdiq edə bilmir.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş