Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

İQ səviyyəsini yüksəltməyin 6 yolu

$
0
0
İnsanların əksəriyyəti İQ səviyyəsinin anadangəlmə xarakter daşıdığına və insanın həyatı boyunca dəyişmədiyinə inanırlar. Əslində isə İQ əmsalı olduqca elastik və dəyişkəndir. Belə ki, insanın İQ səviyyəsi hətta gün ərzində belə, dəyişə bilər. İQ səviyyəsini yüksəltmək istəyənlər aşağıda qeyd olunan məsləhətləri diqqətdən qaçırmasınlar: Gəzintiyə çıxın və idmanla məşğul olun. Con Medina adlı molekulyar bioloq özünün “Brain Rules” kitabında bu məsələyə yer vermişdir. O qeyd etmişdir ki, gün ərzində masa arxasında oturaraq çalışmaq işin səmərəliliyini artırmağa mane olur. Hətta Medina şirkətlər üçün məsləhətlərə yer verdiyi seminarlarında vurğulayırdı ki, iclasların qapalı məkanlarda deyil, təbiət qoynunda, açıq hava altında keçirilməsi işçilər üçün daha məqsədəuyğundur. Məlumat üçün qeyd edək ki, Apple şirkətinin dahi qurucusu Stiv Cobs da açıq havada gəzinti təşkil edərək həyata keçirdiyi iclaslarla məşhur idi. Bundan əlavə, Medina qeyd edir ki, 18 psixoloji araşdırmanın nəticələrinə görə, müntəzəm olaraq idmanla məşğul olan insanlar digərləri ilə müqayisədə uzunmüddətli yaddaş və diqqət tələb edən məsələlərdə, problemlərin həllində və mücərrəd düşüncədə daha yaxşı nəticə göstərmişlər. Yəni, aktiv həyat tərzi keçirmək zehni pozğunluqları aradan qaldıra bilər. Dərin nəfəs alın. Hindu fəlsəfəsinə görə nəfəs pozğunluğu bir çox fiziki və psixoloji problemlərin özəyini təşkil edir. Dərin nəfəs almaq isə qana daha çox oksigen daxil olmasını təmin edər və bununla da, beyninizin daha yaxşı fəaliyyəti üçün şərait yaranar. Mütləq qeyd dəftəriniz olmalıdır. Catharine M. Cox adlı bir yazıçı 300 dahinin həyatını araşdırdığı zaman onların əksəriyyətində qeyd dəftəri tutma vərdişinin olduğunu aşkarlamışdır. Qeyd dəftərinə sahib dahilər sırasında İsaak Nyutonun, Eynşteynin, Tomas Edissonun və Tomas Ceffersonun adını çəkmək olar. Qeyd dəftərində yaşadığınız hadisələrə, ağlınızı qarışdıran və sizi narahat edən məsələlərə, eyni zamanda ağlınıza gələn yeni ideyalara yer verə bilərsiniz. Bununla yanaşı, qeyd dəftərini sadəcə nəsə yazmaq üçün deyil, fikirlərinizi inkişaf etdirmək üçün istifadə etməyi unutmayın. Yeni biliklər əldə edin. Zəkanın ən önəmli ölçülərindən biri əlaqəsi olmayan fikirlər arasında əlaqə qurmaqdır. Bunun səbəbi isə ağıllı insanların beynində bir-birinə bağlı olan sinir yollarının olmasıdır. Buna nail olmağın ən yaxşı yolu isə müntəzəm olaraq yeni biliklər əldə etməkdir. Bunun üçün onlayn dərslərə üzv olun, seminarlara qatılın və ya kitablar oxumağa çalışın. Yeni biliklər əldə etmək insanın sinir sistemini təkmilləşdirir. Yaddaşınızı inkişaf etdirin. Hər hansı bir məlumatı uzun müddət yadda saxlamaq üçün yaddaşınızı müntəzəm olaraq, inkişaf etdirməlisiniz. Məlumat üçün qeyd edək ki, yaddaşı təkmilləşdirməyin bir neçə qısa yolu vardır. Qısatlmalardan istifadə etmək bu yollardan biridir. Şagirdlər, xüsusən kimya fənni üzr bəzi qrupları, məsələn, amfoter metalları (Zn, Al, Sn, Cr, Pb) xatırlamaq üçün bəzi qısaltmalardan istifadə edirlər. Yaxud xarici dil öyrəndiyiniz zaman yeni sözləri əzbərləyərkən hafizənizdə onları müəyyən şəkillərlə əlaqələndirməklə bu prosesi sürətləndirə bilərsiniz. İstirahət zamanını düzgün şəkildə dəyərləndirin. Evdən işə və ya işdən evə gedərkən ictimai nəqliyyatdan istifadə edirsinizsə, nəqliyyatda olduğunuz zaman kəsiyində kitab oxumağa və ya bilməcə həll etməyə çalışın. Əgər buna vaxt ayıra bilmirsinizsə, o zaman audio kitablar da dinləyə bilərsiniz. Çalışın, günün hər anında yeni və maraqlı məlumatlar əldə edəsiniz. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Artikl


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Xəmsə oyunu üçün suallar paketi


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Bacı - Qardaş Yazılı Şəkilləri (1)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma