"Qadınların üzlərini təraş etmələri, təbii ki, ilk baxışdan absurd təsiri bağışlaya bilər. Gözlənlməzdir, qeyri-adidir. Amma mən üzümü ülgüclə qırxmağa başlamışam, çünki dərim daha da gözəlləşir". Məşhur aktrisa və model, Yeni Zelandiyadan olan Reyçel Hanter həftədə üç dəfə üzünü ülgüclə qırxır. Daha doğrusu,o, üzünün dərisini təmizləyir. 46 yaşlı Hanterin sözlərinə görə, bu minvalla üzünün qabıq qoymasının və qırışmasının qarşısını alır. Onun sözlərinə görə, bu metodla Yaponiyada qarşılaşıb. "Orada "Kao Sori" adlanan metoddan çox qadınlar istifadə edirlər. Mən də sınadım və çox bəyəndim", - aktrisa və model Ovation TV telekanalında aparıcısı olduğu "Rachel Hunter's Tour Of Beauty" proqramında deyib. Londondakı "The Lister Hospital"in əməkdaşı, məşhur dermatoloq Riçar Barlou isə hesab edir ki, belə metodun üz dərisinin qocalmasına və qırışların artmasına qarşı effektiv vasitə ola biləcəyini düşünmür.
↧