Artıq sənə doğmalaşan bir ofisdə həftədə 40 saat və ya daha çox vaxt keçirdikdə, özünü evdəki kimi hiss etməyə başlayırsan. Məhz elə bu məqamda da diqqətli olmaq lazımdır. Bu hiss sizi tələyə sala bilər! Özünüzü o qədər evdəki kimi hiss edə bilrəsiniz ki, ofisdaxili davranış qaydalarını poza, iş yoldaşlarınızın narazıçılığına səbəb ola bilərsiniz. Sizə bu davranış qaydalarını qısa şəkildə təqdim edirik. 1. Əgər işdə nahar edirsinizsə, hər zaman qabı yuyun. Onun saatlarla mətbəxdə qalıb, iylənməsinə səbəb olaraq, digərlərinin gözündə səliqəsiz biri kimi görünəcəksiniz. 2. Ayaqqabılarınızı çıxarmayın. Hətta sizin ofisiniz çox rahat və doğma atmosferli olsa da, bu məkanın iş üçün olduğunu unutmayın. Ayaqlarınızı stulun üzərinə qoymaq da məsləhətli deyil. Əgər ofisdə sizdən başqa heç kim yoxdursa, bunu edə bilərsiniz. 3. İT şöbəsinə şikayət üçün qaçmamışdan əvvəl, kompüterinizin "söndürüb-yandırın." 4. Başqalarının gətirdiyi qidalara toxunmayın. İcazəsiz kiminsə meyvəsini götürmək də düzgün addım deyil. 5. Mikrodalğalı sobaya heç vaxt balıq qoymayın. Əgər mütləq nahar üçün balıq yemək istəyirsinizə, sousu çox qızdıraraq üzərinə tökün və istədiyiniz temperatura gətirərək, yeyin. Amma sobaya balıq qoymayın. 6. Nə qədər yaradıcı olmağınızdan asılı olmayaraq, stolunuzun üzərində mütəmadi təmizlik etməlisiniz. Bu sizin "dahi"liyinizə zərər gətirməyəcək, gigiyena bunu tələb edir. 7. Su içmək üçün cihazın qarşısına gəldiniz, stəkanı doldurdunuz və getdiniz. Suyu içənə qədər onun qarşısında dayanmaq lazım deyil. 8. Ofisin uzaq künclərində işləməyinizə və qarşınızdakı insanın kim olduğundan xəbərsiz olmanıza baxmayaraq, eyni şirkətdə işlədiyiniz insanların hər biri ilə salamlaşın. 9. İclas əsnasında sualların verilməsi üçün xüsusi vaxt ayrılır. Hesabat verilərkən və ya hər hansı bir izahat zamanı bunu öz suallarınızla bölməyin. 10. Çay içərkən və ya çərəz yeyərkən, bunu səssiz etməyə çalışın. Digərləri sizin ağzınızdan çıxan səslərin müşaiyəti ilə işləmək məcburiyyətində deyil.
↧