BBC bu yaxınlarda, “nədən qadınlar kişilərdən çox yaşayır”, mövzusunda maraqlı bir araşdırma edib. Dünya ölkələri arasında tək İsveçdə 1800-cü ildən bəri insan ömrü ilə bağlı dəqiq statistik məlumatlar aparılıb. Həmin il İsveçdə qadınların ortalama ömrü 33 il, kişilərdə isə 31 il olub, bu gün İsveçdə qadınların ortalama ömrü 83,5, kişilərdə isə 79,5 ildir, yəni, 200 ildən artıq zaman keçib, ümumi ortalama yaşama dövrü, az qala 3 dəfə artıb, amma 1800-cü ildə də, 2015-ci ildə də İsveçdə qadınlar kişilərə nisbətən daha çox yaşayırlar, fərq təqribən, 5%-dir. Daha bir maraqlı statistik məlumatlar XIX əsr Koreya İmperator ailəsinin arxiv sənədlərində tapılıb. Məlum olub ki, XIX əsrdə Koreyada ümumən ortalama ömür 50 il idisə, sarayda yaşayan 81 xədim (yevnux) ortalama 70 ildən bir az artıq yaşayıblar. Bir çox məlumatları toplayan BBC araşdırmacıları kişilərdə olan testosteron hormonunun ömrün qisalmasına xidmət etdiyini, kişilərdə olan əzələlərin çoxluğu isə bədəndən daha çox qidalanma tələb etdiyini, bu da ömrü qısaltdığını təsbit ediblər. Qadınlarda olan estrogen hormonu isə yaşanan stresslərin təsirinin azalmasına, hüceyrələrin daha tez və effektiv yenilənməsinə səbəb olur. Alimlər onu da müəyyən ediblər ki, qadınlarda genetik kodların dublikatı da olur, bir kodun işləməsində problem yaranan kimi, dublikat işə düşür, qadının bəzi xəstəliklərdən qurunmasına səbəb olur. Təbii ki, bəzi ənənəvi səbəblər də göstərilir: Kişilər qadınlara nisbətən daha çox içir, siqaret çəkir, yaxşı və zamanında qidalanmır, amma bunlar ikinci dərəcəli məsələlərdir, əsas hormonların və ginetik kodların ömrün uzunluğuna təsir göstərdiyi üzə çıxıb. Mir.Az
↧