"Yol Polisində işləyirdim. Əraziyə çıxmışdıq. Mən və YPX avtomibilini idarə edən çavuş Əliyev. Bir Opel markalı maşının surətlə hərəkər etdiyini, qayda pozuntuları etdiyini gördüm və onu saxlamaq üçün arxasıyca getməyə göstəriş verdim. Göy sayrışan işığı və xəbərdar edici səsi qoşsaq belə maşın bizə əhmiyyət vermədi. Eyni surətlə yola davam etdi. Bizdə arxasıyca. Binə qəsəbəsində evlərin sıx olduğu tərəfə girdi və bir evin qarşısınsa saxladı. Maşından düşdü, qapını isə açıq qoydu. Bizsə onun arxasında saxladıq, düşdük . Qaçdığını zənn etdik və arxasıyca gedirdikki evdən əziyyətlə gəzən Hamilə bir qadının əlindən tutub asta asta və həmdə təlaş içində maşına sarı gətirdiyini gördüm. Çəkildim. Bir anlığa duruğdum. Əslində mən tam haqqlı olaraq gəlmişdim və O, qayda pozuntusuna yol vermişdi. Amma içimdə elə bir şeylər baş verdiki bu səhnəni görəndə. Özümü səhv, günahkar onu isə düzgün hesab etdim. Öz özümə "nahaq gəldim, gərək xəbərdar edəydi" deyirdim. Maşının arxa qapısını açıb hamilənin oturması üçün şərait yaratdım. Hara gedəcəklərini soruşdum . Sabunçu xəstəxanasına gedəcəklərmiş. çavuş Əliyevdən xahiş etdimki qabağda gedib yolu açıb onları ötürək. Belədə etdik . Çatdıq, hamilə xanımın rəngi solmuşdu. Hamiləliyin ona əzab verdiyi üzündən oxunurdu. Artıq gəzədə bilmirdi. Xərəkdə apardılar. Heçkəsi yuxarı buraxmadılar. O qardaşlada söhbət etmək imkanım oldu. Adı Rafiqdir. 31 yaşı var. Ana atası 17 il öncə avtomobil qəzasında dünyasın dəyişib. 1 bacı 1 qardaşdılar. Bacısı ailə həyatı qurub Rusiyada yaşayır. Bakıda heçkəsi yoxdur . Çox həyəcanlı idi. Yoldaşının ürəyi xəstə olduğunu söylədi. Və çox qorxdugunu dedi. Məndə ona hər nə kömək lazımdısa edə biləcəyimi söylədim. Təxminən 5 saat orda olduq . çavuş Əliyev getmişdir. Mənsə getmədim. Gözlədim. Və nəhayət xəbər gəldi. Oğlan uşağı dünyaya gəlib. Uşağın vəziyyəti ağır olsada Sağ salamatdır. Amma... ANAnı itirmişdik. Təəssüf . Amma neyləmək olar. Həyatın qanunu bəzən bizi üsyan etməyə tərəf cəksədə səbr etmək lazımdır. Mən Rafiqi tək qoymadım. Sanki Rafiq mənim qardaşımdır kimi. Rafiq məni özünə sanki Ata tapmışdı.. sanki qardaş tapmışdı. Bu qeyri səmimi görünə bilər. Ancaq bəzən belə baģlılıqlar bir anın içində baş verir.. insanların bir-birinə sevgiyə keçidi bir sözlə belə alına bilər. Bir xoş əməl, xoş söz kifayət edərki heç vaxt tanımadığın bir insanla sanki illərdir tanıyırmışsan kimi rəftar edəsən, doğma biləsən. Bu cür səmimiyyət yarandı. Bacım həkimdir. Ona xəbər etdim. Oda gəldi Xəstəxanaya. Uşaq 5 gün şüşənin altında qaldı. Bacımın və həkimlərin köməyliyi ilə uşaq yaşadı. Maddi və mənəvi Rafiqə dəstək oldum. Yoldaşının yas məclisi üçün mağar qurdurdum, hər bir şey təşkil etdik. .Allah rəhmət etsin. Artıq 20 gün idiki uşaq dünyaya gəlmişdi. Amma hələdə uşağa ad qoyulmamışdı. Körpə bacımgildə idi. Bacımın gəlini baxırdı. Dediyim kimi Rafiqin Bakıda heçkəsi yoxdur. Rəhmətlik yoldaşıda uşaq evində böyüdüyü üçün onunda qohumlarından heçkəs olmadı. Rafiq taksi sürürdü. Amma bu neçə gündə 5-6 dəfə işləmişdi ya yox. Depresiyad idi. Məndə ona mənəvi dəstək olmağa çalışırdım. Hər dəfədə müvəqqəti bağ evində gedib qalmağını xahiş edirdim. Məncə bu aralar tək qalmasaydı yaxşı idi. Dediyim kimi artıq 20 gün idi körpə dünyaya göz açmışdı. Amma hələdə ad qoyulmamışdı. Cümə günü idi. Rafiqidə götürdüm getdik bacımgilə. Uşağa həm baş çəkək həmdə adını qoysun. Çünki sənədlərinin düzəlməsi gecikmişdi. Doğum haqqında şəhadətnamə çıxmalı idi. Gəldik evə. Hər kəs uşağın başının üstündə idi. Uşaqda bir nur parçası idi. Gözlərini görmək üçün gərək saatla dəyanıb gözləyəsən. Oyaq tapmaq çətin olurdu. Süd anası mənim bacım qızı idi. Süd yeyib yatmışdı.. cənnət ətirli qoxusundan isə doymaq olmurdu. Rafiq uşağı yatılı vəziyyətdə qucağına götürdü. Gözləri doldu. Özünü güclə saxladıki ağlamasın. Və dedi "- Oğlum , adını Əziz qoydum!" Və beləcə Əziz nəinki Rafiqin həyatına, bizimdə həyatımıza xoş gəldi. Çünki Rafiqi dostum kimi, oğlum kimi çox istəyirdim. Rafiq tək uşağa baxa bilməz deyə körpə bizdə qaldı. Ona süd verən, 5 il öncəsi yoldaşı dəm qazından dünyasın dəyişən bacım qızı Aysel baxırdı. 2 il keçmişdi artıq. Əzizin 2 yaşına 3 gün qalmışdı. Mən belə bir qərar aldımki bu iş belə davam edə bilməz. Rafiqlə danışdım. Və Rafiqlə Ayseli evləndirdim. Beləcə Əziz azda olsa ata ana fikrin etməz deyə düşündüm.. İndi Əzizin 11 yaşı var. O Tərəqqi liseyində 5 ci sinifdə oxuyur. O Əlaçıdır. Biz hamımız Əzizi çox Sevirik. Ehtiyatda olan Polis mayoru: -ƏZİZ Ağayev- "
↧