Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Ən yaxın dostuna aşiq olanlar - bunları bilməlisiniz!

$
0
0
Ən yaxın dostunuzun sizin üçün daha böyük əhəmiyyət kəsb etdiyini anladığınız an demək, vəziyyət dəyişib. Onunla bir çox məqamları paylaşmaq, dostunuza nəsə danışmaqdan daha çox sanki ona nəsə izah etməyə çevrilir. Deməli, siz artıq ən yaxın dostunuza aşiq omusunuz. Sözsüz ki, burada söhbət oğlan və qız dostluğundan gedir. Wssemir.com xəbər verir ki, dostuna aşiq olanlar haqda bəzi məqamları çatdırır: 1. Onun nə düşündüyünü bilirsiniz Onun düşüncələrini bildiyiniz üçün hər hansı mövzu haqqında fikirlərini öyrənməyə çalışmaq lazım deyil. Buna görə həddindən artıq analiz, bir-birini tanımağa istiqamətlənən cəhdlərə ehtiyac yoxdur. 2. Seks əyləncəli bir hal alır Bir-birinizə cinsi həyatınız daxil hər şeyi danışdığınız bir insanla sekslə məşğul olmağa başlayanda bunun gerçək olduğuna təəccüblənib gülə bilərsiniz. Sonra bir də görəcəksiniz ki, cinsi həyatınız mükəmməldir. 3. Günün 25 saat olmasını istəyərsiniz Onunla artıq dostluğun tələb etdiyindən daha çox sevgili olmanın verdiyi üstünlükləri də paylaşmağa başlayacaqsınız. Dost olan zaman etmədiklərinizi və qaçırdığınız fürsətləri kompensasiya etmək istəyərkən, həyatınızdakı digər insanlara laqeyd yanaşmayın. 4. Bir-birinizlə zarafat edə bilərsiniz Açıq zarafatlarınız bir-birinizin xətrinə dəyməyəcək. Uşaqlığınızdan qalma xatirələri, sizi utandıran halları danışacaq, zarafatlaşacaq və gülüşəcək çox şey var. 5. "Birdən onu itirərəm" fikri Bu, adətən sevgilidən ayrılmaq deyil, həyatınızdakı ən vacib dostun da itirilməsi anlamına gəlir. Nəticədə, sevgililik bitdikdən sonra dostluq əlaqəniz də kəsiləcək. Problemləriniz varsa, bunu paylaşmaqdan, kömək almaqdan çəkinməyin. 6. Təxmin etdiyinizdən daha çox dalaşa bilərsiniz Nəticədə, o, sizin özünüzü necə hiss etdiyinizi, nə düşündüyünüzü söyləməkdən çəkinmədiyiniz bir insandır. Münasibətlərinizin romantik müstəviyə keçməsi bunun dəyişəcəyi mənasını vermir. Bundan başqa, ən yaxın dostunuz onsuz da sizin limitlərinizi bilir. Buna görə də mübahisələri öz düşüncənizdə çox da böyütməyin. 7. Görünüşünüzə əhəmiyyət verməyə başlayırsınız O, əvvəllər sizi yüzlərlə dəfə ev geyimində, səliqəsiz formada görə bilər. Amma artıq onun gözündə necə göründüyünüzə əhəmiyyət verməyə başlayacaqsınız və detallara diqqət edəcəksiniz. 8. Buna dəyər Ən yaxın dostunuza aşiq olmağın yaxşı bir hal olmadığını söyləyənləri dinləməyin. Əgər işlər yolunda getməsə, sevdiyiniz birini itirə bilərsiniz, amma heç kimlə qura bilmədiyiniz bir bağ da qura bilərsiniz. Gələcəkdə peşman olmaqdansa, sınayın.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ