Çindəki ən məşhur və populyar zooparklardan sayılan "Badaling Wildlife World"da faciə yaşanıb. Böyük Çin Səddinin yaxınlığındakı bu zooparkda dünən bir qadın parçalanıb. Zooparkın yırtıcılar saxlanan səmtində avtomobili saxlayan 35 yaşlı kişi maşındakı arvadı ilə mübahisə edirdi. Sinirlənmiş xanım maşından çıxıb, sonra ərinə yaxınlaşıb, qışqıraraq ona nə isə deməyə başlayıb. Bu zaman yol kənarındakı kolluqdan çıxan Amur pələngi qadının üzərinə atılıb. Qadını sürüyüb aparan pələng onu parçalayıb
↧