Corc Martinin fantastik əsəri “Buz və Alovun nəğməsi”nin motivləri əsasında çəkilən “Taxtların oyunu” dram serialının yeni sezonda nə vaxt göstəriləcəyi bəlli olub. Wsemir.Com xəbər verir ki, serialın rejissorları Devid Beniof və D.B Ueissin açıqlamasına görə, serial yeni mövsümə gec başlasa da, qısa olacaq. “Taxtların oyunu” 7-ci sezona 2017-ci ilin iyul ayının sonlarında yayımlanacaq. Yeni sezonda serial 7 bölümdən ibarət olacaq. Qeyd edək ki, serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başlayıb. Başladığı vaxtdan etibarən qısa zamanda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunub. “Bütün kişilər ölməlidir” şüarını daşıyan filmin bir seriyasının müddəti 51-63 dəqiqədir.
↧