Müasir dövrdə cins geyimlər qarderobumuzun əsasını təşkil edir. Ancaq çoxumuz cins geyimlərə necə qulluq etməli olduğumuzu bilmirik. Cins geyimlər istehsal edən firmalar isə bunun heç də çətin olmadığını bildirirlər. Cins şalvarların daha gec köhnəlməsi üçün bir neçə qayda təqdim edirik: Cins geyimlər 2-3 ay geyildikdən sonra formasını itirir. Bunun qarşısını almaq üçün belə geyimləri paltaryuyanda yox, əldə yumaq məsləhətdir. Qol nahiyəsindən köhnəldiyi hiss olunan cins pencəyi və ya köynəyi isə yenidən əvvəlki vəziyyətinə qayıtması üçün soyuducuya qoymaq olar. Həmçinin, şalvarları da soyuducuya qoyduqda yeni alınmış kimi görünür. Bunun üçün cins geyimi soyuducu torbasına qoyub buzluğa atmaq lazımdır. 24-48 saat sonra geyimi buzluqdan çıxarmalısınız.
↧