Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Lenini yuyanlar danışdı: Bu il meyitin yuyulması üçün 13 milyon xərclədik... FOTOLAR

$
0
0
22 aprel Vladimir İliç Leninin anadan olduğu gündür. 1870-ci ilin o, günü Simbirskdə (indiki Ulyanovsk) anadan olan Vladimir Ulyanov sözsüz ki, tarixin təkərin çevirən şəxslərdən olub. SSRİ boyda imperiyanın yaradıcısı olan bu şəxsə münasibət isə birmənalı olmayıb, təbii. Lenin vur-tut 54 il yaşayıb. 21 yanvar 1924-cü ildə dünyasını dəyişən Lenin…dəfn edilməyib amma. O, mumiyalanaraq Moskvanın Qızıl meydanında mavzoleydə saxlanılır. Lenin Mavzoleyi onun ölümündən qısa müddət sonra 1924-cü ildə açılıb. Əslində onun məzarına ilk vaxtlar giriş məhdudiyyəti olub. Amma çox keçmir ki, arxitektor Şusevin layihəsi əsasında yeni mavzoley ucaldılır. Onun tikintisi isə tam olaraq 1930-cu ildə başa çatır. Müəyyən illərdə Leninin cəsədi mavzoleydən çıxarılıb. Böyük Vətən müharibəsi dövründə onun cəsədi Sibirə aparılmışdı. Bundan başqa, zaman-zaman Leninin cəsədini zədələmək də istəyiblər. Məsələn, Nikitski adlı kolxozçu Leninin cənazəsinə atəş açmaq istəsə də, cəhd uğursuz olub. Ən qəribə hadisə isə 1960-cı ildə baş verib. Qırğızıstandan gələn Minibayev mavzoleyə girərək sarkofaqı təpikləyib. Şüşə qırıntıları Leninin cəsədinin üstünə tökülüb Bu hadisədən sonra mavzoley bir aylığa bağlanıb. Amma Lenin mavzoleyi başqa səbəbə görə də hər il bağlanır. Söhbət ondan gedir ki, cəsəd hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və balzamlanır. Bu proses isə nə az, nə çox, düz 1 ay çəkir. Bu müddət ərzində Leninin əyni də dəyişdirilir, təzə kostyum, qalstuk geyindirilir. Cəsədin üzərində isə Ümumrusiya dərman və aromatik bitkilər institutunun mütəxəssislərindən ibarət qrup işləyir. İnstitutun direktor köməkçisi Vera Draqunovanın Lent.az-ın əməkdaşına bildirdiyinə görə, bu proses mütəmadi olaraq keçirilir. “Elə bu il də cəsədin yuyulub balzamlamasına 13 milyon rubl (təxminən 200 min dollar – S.M.) ayrılıb. Bu məbləğ ildən ilə fərqli ola bilər. Bu proses, xüsusən də balzamlama, böyük vəsait tələb edir. Hansı dərmanlardan istifadə edilməsinə gəldikdə isə bu, sirdir. Başqa sualınız varsa, elektron ünvana göndərib, bir neçə gün ərzində cavab ala bilərsiniz” - deyə, xanım Draqunova bildirib.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Pendirli Keks Resepti


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


"Xəmsə" - sualları


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


30 İyun Yazılı Şəkilləri 2018 (19)


Xəmsə oyunu üçün suallar paketi


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Sardonik gülüş


Artikl


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Düşünən İnsan Yazılı Şəkilləri 2020 (9)


Sevilməyən Sevənlər Yazılı Şəkilləri 2020 (12)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma