Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Şeyx Şamil Haqqında Maraqlı Məlumatlar

$
0
0
İmam Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində dünyaya gəlib. Şamil Qumuq mənşəli bir Türkdür. 15 yaşında at minərək qılınc qurşanıb. 20 yaşına gələndə iki metdən uca boyu ilə tullanma, atəş açma, güləş, qaçış, qılınc oynatmaq kimi idman növlərində istedad sahibi olmuşdu. Şamil İmam yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq Ruslara qarşı daha təsirli mübarizə üçün lazımlı inzibati və hərbi təşkilatları yeni əsaslara görə təşkil etdi. Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyü və qüdrətinə baxmayaraq qorxmadan mübarizəni davam etdirib. 1839-da Ahulgo Təpəsində 3.000 müridi ilə General Grabbe komandanlığı altındakı 10.000-dən çox təchizatlı Rus ordusunun mühasirəsinə 80 gün müddətinə müqavimət göstərməsi Dünya Müharibə tarixinə keçmişdir. Bu müqavimət dövründə xalqdan bəziləri "artıq təslim olaq müqavilə bağlayaq" deyə təəssüflənməyə başlayıb, bunun üzərinə Şeyx Şamil təslim olmaqdan danışana qamçı cəzası verməyi münasib görmüşdür. Çəkinən xalq çarəni Şeyx Şamilin anasına müraciət etməkdə görüb. Anası Şeyx Şamilə təslim olmaq təklifini dedikdə Şeyx Şamil qoymuş olduğu qanundan dönməmişdir. Cəzanı yaşlı bir qadın çəkə bilməyəcəyinə görə, cəza oğluna irsən düşüb, beləliklə, Şeyx Şamil özünü qamçıladıb Şamil bu müharibədə həyat yoldaşı Cevhereti, oğlu Səidi və bacısı Mesedoyu itirib, 8 yaşındakı oğlu Cəmaləddini Ruslara girov vermək məcburiyyətində qalıb. Rus komandirlərindən Milyutin, 80 gün davam edən Ahulgo müharibəsi haqqında arvadına yazdığı məktubda bu sətirlərə yer verir; Hiddətlə köpüklənmiş, sanki ağlını itirmiş bir hala gələn dağlılar, ulu orta əsgərlərimizin üzərinə hücum edir, süngü ucunda can verənə qədər döyüşürdülər. Qadınlar da özlərini qudurmuş kimi müdafiə edirlər və silahsız olduqları halda zaman zaman qoşunlarımızın üzərinə atılırlar. Təslim olmağı qətiyyən rədd edən dağlılar, heç bir ümidləri qalmadığı halda, qəhrəmancasına döyüşdülər. Qadınlar, uşaqlar əllərindəki xəncərlərlə Ruslara hücum edir, süngülərin qarşısında göz qırpmadan can verirlər.yaralılar belə inanılmaz şəkildə döyüşürdü". Dost ölkələrdən heç bir kömək görməyən İmam Şamilin nəhayət əlindəki bütün qüvvə tükənir və 1859 cu ilin 6 Sentyabrında Gunipte Şahzadə Baryatinski başçılığı ilə 70.000 nəfərlik Rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim olur. İmam Şamil, ailəsi və 40 qədər adamı Peterburqa Çarın sarayına aparılır. Rus Çarı II Aleksandr tərəfindən sarayın qapısında nəzakətlə qarşılanır. Rus Çarı ilə yaşamış olduğu bu dialoq məşhurdur: Bir gün Rus Çarı əsarət altındaykən Şeyx Şamili yemək yemək üçün qarşısına alır, Şeyx Şamilin iştahlı bir şəkildə yemək yediyini görəndə yanındakılara: Qorxuram bu adam bizidə yeyər. Şeyx Şamil bunu eşidəndə, Qorxmayın, dinimizdə donuz əti yemək haramdır cavabını verir. İmam Şamil bir ay qədər sarayda qonaq edildikdən sonra, hörmətli əsir olaraq əsarət illərini keçirəcəyi Kalugaya göndərilir. Ancaq Şamil və ailəsinə əsarət çox ağır gəlir. İki il ərzində Şamilin qapqara saçları ağarır. Aradan ancaq on il keçdikdən sonra Çar, onun Həccə getməsinə icazə verir. Şamil, 1870-ci ildə Rusiyadan ayrılaraq əvvəl İstanbula gəlir. Sultan Əbdüləziz tərəfindən qarşılanaraq sarayda qonaq edilir. Şamilin İstanbula gəldiyi xəbəri eşidən, xalq Şeyx Şamili görmək üçün saray qapılarına toplaşıblar. İstanbulda bir müddət qonaq olduqdan sonra həcc mərasimini yerinə yetirmək məqsədi ilə məkkəyə yola düşüb. Ciddə limanında Məkkə Əmiri, şəhərin irəli gələnləri və məhşəri bir izdiham tərəfindən təntənə ilə qarşılanaraq Məkkədə qonaq edilir. Həcc zamanı orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş təxminən yüz min müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökumət Şeyx Şamili Kəbənin üstünə çıxarır. Şeyx Şamil Kəbənin üstündən bütün Müsəlman aləmini salamlamışdır. Dəqiq olmayan şifahi mənbələrə görə "sonunu düşünən qəhrəman olmaz" sözü şeyx şamilə aiddir. Apardığı partizan tərzi hücumlar və müdafiəy' görə dünya tarixinə "gəlmiş keçmiş ən böyük partizan lideri" olaraq adını yazdıran İmam Şamil 4 Fevral 1871 ci ildə Həcc ziyarəti üçün olduğu Ərəbistanda həyatını itirib. Mədinədə Peyğəmbərimiz Həzrət Məhəmmədin həyat yoldaşı Ayşənindəə dəfn olunduğu qəbiristanlıqda dəfn edilib. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ